İranın Banə şəhərində ETTELAAT-ın yerli idarəsinin əməkdaşı kürd yaraqlıları tərəfindən öldürülüb

İranın Banə şəhərində ETTELAAT-ın yerli idarəsinin əməkdaşı kürd yaraqlıları tərəfindən öldürülüb

GünazTV: İranın Kürdüstan əyalətinin Banə şəhərində ETTELAAT Nazirliyinin yerli idarəsinin əməkdaşı Əli Səyyadi naməlum kürd yaraqlılarının silahlı hücumuna məruz qalaraq öldürülüb. Bu barədə İranın kürd mənbələri məlumat yayıb.

 

Hadisə, oktyabrın 7-də Banənin Saluk kəndində baş verib. Rejimə müxalif olan yaraqlı kürdlər ETTELAAT-ın kəşfiyyat işləri üzrə əməkdaşı olduğu bildirilən Əli Səyyadiyə odlu silahdan atəş açıblar. Atəş nəticəsində bir neçə güllə yarası alan ETTELAAT əməkdaşı yerindəcə keçinib. Hücumçular hadisə yerindən qaça biliblər. Onları tutmaq üçün bölgədə geniş axtarış əməliyyatına başlanıldığı bildirilir.

 

İran rejiminə qarşı silahlı mübarizə aparan yerli kürd təşkilat və partiyalarından hələ ki heç biri hücumun məsuliyyətini öz üzərinə götürməyib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN