İranın baş prokuroru: “İkili vətəndaşlığı olanlarla bağlı xəbərdarlıq etmək mənim borcumdur. Bu şəxslər təhlükəli ola bilərlər”

İranın baş prokuroru: “İkili vətəndaşlığı olanlarla bağlı xəbərdarlıq etmək mənim borcumdur. Bu şəxslər təhlükəli ola bilərlər”

GünAzTV: İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri martın 17-də jurnalistlərə açıqlamasında ikili vətəndaşlığı olan, dövlət qurumlarında çalışan rəsmilərdən danışıb.

 

İkili vətəndaşlığı olan rəsmilərə açılan işin nə yerdə olduğuna toxunan axund Müntəziri bildirib ki, bu şəxslə üç qrupa bölünür: “Onlardan bəzilərinin “Green card”ı, bəzilərinin ikili vətəndaşlığı, bir neçəsinin də xarici ölkələrin birində oturum izni var. Biz bu şəxsləri şübhəli saydığımıza görə onların adlarının siyahısını ETTELAAT nazirinə göndərmişik ki, məsələni araşdırsınlar. Göndərdiyimiz ilk siyahıda isə 16 nəfərin adı var idi. Bəzi cənablar əvvəldən bu məsələni inkar edir, deyirdilər ki, hökumət strukturlarında vəzifə tutan və ikili vətəndaşlığı olan şəxs yoxdur. İkili vətəndaşlığı olan şəxslərlə bağlı xəbərdarlıq etmək isə mənim borcumdur. Bu şəxslər təhlükəli ola bilərlər. Çünki onlar arasında Amerikaya gedənlər qəribə andlar da içməlidir. Elə buna görə də bu barədə xəbərdarlıq etmək mənim vəzifəmdir.

 

Ölkə qanunlarına görə bu ikili vətəndaşlığı olan şəxslərin hökumətdə və ya dövlət qurumlarında işə götürülməsi qadağandır. Onlar hətta qeyri-hökumət qurumlarında da işə götürülməməlidir. Ettelaat nazirin göndərdiyimiz ikinci siyahıda isə 52 nəfərin adı var. Hesab edirəm ki, ETTELAA Nazirliyi bu məsələni araşdırmalı, bu barədə qanuna uyğun tədbir görməlidir”.

 

Axund Müntəziri fevralın 23-də jurnalistlərə açıqlamasında ikili vətəndaşlığı olan rəsmilərin dövlət qurumlarına çalışmasının yolverilməz olduğu barədə xəbərdarlı etmişdi.

 

Xatırladaq ki, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Seyid Hüseyn Nəqəvi Hüseyni, 2016-cı il, oktyabrın 19-da jurnalistlərə açıqlamasında dövlətin bəzi qurumlarında çalışan ikili vətəndaşlığı olan şəxslərdən danışmışdı: “Dövlət orqanlarında çalışan və ikili vətəndaşlığı olmaqda şübhəli bilən 79 nəfərin vəziyyəti araşdırılıb. ETTELAAT rəhbərinin bildirdiyinə görə, durumları araşdırılan həmin şəxslər arasında 35 nəfərin ikili vətəndaşlığa malik olması sübuta yetirilib və onlar işdən çıxarılıb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN