İranın baş prokuroru: “İyun ayının sonlarından ölkədə sosial şəbəkələrlə bağlı böyük dəyişikliklər olacaq”

İranın baş prokuroru: “İyun ayının sonlarından ölkədə sosial şəbəkələrlə bağlı böyük dəyişikliklər olacaq”

GünAz TV: İranın baş prokuroru Məhəmmədcəfər Müntəziri iyun ayının sonlarından ölkədə sosial şəbəkələrlə bağlı “böyük dəyişikliklər”in olacağını deyib.

 

O, bu dəyişikliklərin nədən ibarət olacağını açıqlamasa da, ölkənin müxtəlif qurumlarının bu sahəyə lazımi səviyyədə “nəzarət edə bilmədiyi”, bunun isə öz növbəsində “mənfi nəticələrə” yol açdığından şikayətlənib.  

 

Məhəmmədcəfər Müntəziri həmçinin müxtəlif qurumlardan virtual dünya ilə bağlı öz vəzifələrini “layiqincə” yerinə yetirməyi istəyib.

 

Xatırladaq ki, son illər ərzində İranda sosial şəbəkələrdən istifadə qaydaları ilə bağlı dövlət orqanları arasında ixtilaflar yaşanır. Məhkəmə sistemi dəfələrlə ölkə ərazisində bir çox sosial şəbəkə və saytların bloklanmasını tələb etsə də, bəzi qurumlar bu təşəbbüsə müsbət yanaşmayıblar. Lakin, hazırda ölkə ərazisində “Facebook” və “Telegram” kimi bir çox sosial şəbəkənin fəaliyyəti qadağan edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN