İranın Behbəhan şəhərində hüquq-mühafizə qüvvələrinin əməkdaşı silahlı hücumda qətlə yetirilib

İranın Behbəhan şəhərində hüquq-mühafizə qüvvələrinin əməkdaşı silahlı hücumda qətlə yetirilib

GünAzTV: İranın Xuzistan əyalətinin Behbəhan şəhərində hüquq-mühafizə qüvvələrinin əməkdaşı Cahanşah Bazarnoi, naməlum silahlı şəxslərin silahlı hücumunda qətlə yetirilib.

 

Bu barədə, Behbəhan hüquq-mühafizə qüvvələri komandanının ictimai əlaqələr üzrə müavini polkovnik Əli Qasımpur jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, hadisə oktyabrın 4-ü, sübh saatlarında baş verib: “Əməkdaşlarımız bölgədə reyd keçirərkən, naməlum  şəxslərin idarə etdiyi avtomobil içindən odlu silahlardan açdığı atəşə məruz qalıblar. Atəş nəticəsində əməkdaşımız Cahanşah Bazarnoi aldığı güllə yarasından yerindəcə həlak olub, digər bir əməkdaşımız ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hücumçular hadisə yerindən qaça biliblər. Onların yaxalanması üçün bölgədə axtarış əməliyyatına başlanılıb”.

 

Behbəhan hüquq-mühafizə qüvvələri komandanının müavini polkovnik Əli Qasımpur

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN