İranın Bəndər Abbas şəhərində daha 3 nəfər edam edilib

İranın Bəndər Abbas şəhərində daha 3 nəfər edam edilib

GünazTV: İranda adam oğurluğunda və cinsi təcavüzdə  günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. Bu barədə Hormoqan prokurorluğu iyunun 19-da məlumat yayıb.

 

İranlı mənbələrin yaydığı xəbərə əsasən, Bəndər Abbas şəhərində bir qadını oğurlayaraq zorlamaqda günahlandırılan 3 məhkum, iyunun 19-u sübh saatlarında Bəndər Abbas zindanında dara çəkilib. Edam edilənlərin adları mediaya açıqlanmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur. Həmçinin bildirilir ki, İran rejimi ölkədəki edamların sayını beynəlxalq təşkilatlardan gizlətmək üçün, bir çox hallarda bir sıra məhkumları gizli şəkildə edam edir və həmin edamlar mediada işıqlandır.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN