İranın Bəndər Abbas zindanında daha 1 nəfər dara çəkilib

İranın Bəndər Abbas zindanında daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılan daha 1 nəfər edam edilib. Hadisə 3 gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 6 il əvvəl xeyli miqdarda borc verdiyi şəxsdən pulunu ala bilmədiyinə görə onunla baş verən mübahisədə gözlənilmədən qətl törədən 36 yaşlı müttəhim Kuruş Ləngərudi, mayın 9-u sübh saatlarında İranın Bəndər Abbas şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası, ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN