İranın Bəndər Abbas zindannda daha 2 məhkum edam edilib

İranın Bəndər Abbas zindannda daha 2 məhkum edam edilib

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 2 məhkum edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddə qaçaqmalçılığı ittihamı ilə dörd il əvvəl həbs edilən məhkum Cavad Əliplu, yanvarın 23-ü sübh saatlarında Hormozqan əyalətinin Bəndər Abbas şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin İranda və regionda narkotik maddə qaçaqmalçılığı ilə bağlı beynəlxalq bir şəbəkəyə başçılıq etdiyi bildirilən, mediada “Körfəz timsahı” ləqəbi ilə tanınan 36 yaşlı digər məhkum İsa Zəmin Kufteh, yanvarın 25-də həmin həbsxanada dar ağacından asılıb.

 

Edam edilən şəxslərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN