İranın beş şəhərində daha 8 nəfər dara çəkilib

İranın beş şəhərində daha 8 nəfər dara çəkilib

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılaraq barələrində ölüm  hökmü çıxarılmış daha 8 nəfər edam edilib. Edamlar Urmiya, Noşəhr, Mahşəhr, Kərəc və Mahabad şəhərlərinin həbsxanalarında həyata keçirilib. Edam edilən məhkumlardan ikisi qadındır.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin qaçaqmalçılığında məhkum edilmiş 2 məhkum (Məhərrəm Neməti və Əsgər Bərtər) iyulun 17-si sübh saatlarında Urmiya zindanında dara çəkiliblər.

 

Həmin gün İranın Noşəhr şəhərinin həbsxanasında qətldə günahlandırılan daha 1 qadın məhkum dara çəkilib. Adı mediaya açıqlanmayan 43 yaşlı məhkum, üç il əvvəl baxdığı yaşlı xəstə bir qadının 5 yaşlı nəvəsinin qətlində günahlandırılıb. Məhkum, törətdiyi cinayəti çəkdiyi əsəb gərginliyi ilə əlaqələndirilib.

 

İyulun 17-də həmçinin daha 1 məhkum İranın Bəndər Mahşəhr şəhərinin zindanında dara çəkilib. Adı mediaya açıqlanmayan məhkum, naməlum səbəbə görə mənzilində kirada qalan bir şəxsin qətliyində günahlandırılıb.

 

Həmin gün sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında daha 3 məhkum dara çəkilib. Qətldə günahlandırılan məhkumlardan ikisinin adları (Əkbər Səbbağzadə və Hadi Asəfxani) mediaya açıqlanıb.

 

İyulun 17-si sübh saatlarında İranın Mahabad şəhərinin zindanında daha 1 qadın məhkum dar ağacından asılıb. Miyandabın ətraf kəndlərindən birinin sakini olan məhkum (Məlihə Salehiyan)  naməlum səbəbə görə törətdiyi qətlə görə edam edilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN