İranın bir neçə şəhərində kütləvi tətillər davam edir – FOTOLAR və VİDEOLAR

İranın bir neçə şəhərində kütləvi tətillər davam edir – FOTOLAR və VİDEOLAR

GünAzTV: İranda ölkənin ağır iqtisadi durumuna, qiymətlərin qeyri-sabitliyinə və əhalinin məişətinin gündən-günə ağırlaşmasına qarşı etiraz əlaməti olaraq iki gün əvvəl başlanan kütləvi tətillər davam edir.  

 

Yayılan məlumatlara əsasən, oktyabrın 9-da İranın Şəhreza, Kirmanşah, Kərəc, Fərdis, Təbriz, Xoy, Sarab, Şəhriyar və İsfahan şəhərlərində ölkədə qeyri-sabit iqtisadi vəziyyətə etiraz olaraq ticarət mərkəzlərinin, bazarların və mağaza sahiblərinin kütləvi tətillərə qoşulması davam edib.

 

Həmin gün, Tehranın “Əlaəddin” və “İranmehr” pasajlarındakı ticarət mərkəzləri, eləcə də, mobil telefonlarının satışı ilə məşğul olan bazar, Təbrizin üst törtülü “Başmaqçılar” bazarı, digər bir neçə şəhərdə isə ayrı-ayrı bazarlar fəaliyyətlərini dayandıraraq, tətilə başlamış digər mağaza sahiblərinə dəstək veriblər.

 

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, yaxın günlərdə İranın müxtəlif şəhərlərində kütləvi tətillərin (etisabların) daha geniş vüsət alacağı proqnozlaşdırılır.

 

 

Xatırladaq ki, İranda ağır iqtisadi vəziyyətə, ərzaq malların və digər əmtəələrin qeyri-sabit qiymətlərinə və ölkəni bürümüş iqtisadi durğunluğa qarşı kütləvi etirazlara oktyabrın 8-dən başlanılıb. Həmin gün, İranın 50-dən çox şəhərində bazarlar, ticarət obyektləri və mağaza sahibləri fəaliyyətlərini dayandıraraq tətliə başlayıblar.

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN