İranın Birinci vitse-prezidenti Gülüstan ostandarını tutduğu vəzifədən azad edib – Təbii fəlakət zonasından FOTOLAR

İranın Birinci vitse-prezidenti Gülüstan ostandarını tutduğu vəzifədən azad edib – Təbii fəlakət zonasından FOTOLAR

GünazTV: İranın Birinci vitse-prezidenti İshaq Cahangiri martın 23-də Gülüstan (Türkmənsəhra) əyalətinin başçısı Manaf Haşimini tutduğu vəzifədən azad edib.

 

Yayılan məlumatlara əsasən, Manaf Haşiminin tutduğu vəzifədən azad edilməsi isə onun bir həftədir əyalətdə baş vermiş sel fəlakəti zamanı əhalinin yanında olmaması, onların problemlərinə laqeyd qalaraq, həmin müddətdə xarici səfərdə olması ilə əlaqələndirilib.

 

Martın 23-də Gülüstan əyalətinə səfər edən İshaq Cahangiri jurnalistlərə açıqlamasında Manaf Haşiminin tutduğu vəzifədən uzaqlaşdırılmasının səbəbini açıqlayıb: “Mən, üzərinə məsuliyyət götürən bir ostandarın bu ağır və çətin şəraitdə vəzifəsinin başında olmamasını heç cürə qəbul edə bilmərəm” – deyə Cahangiri vurğulayıb. O həmçinin bildirib ki, Manaf Haşiminin müavini Gülüstan əyalətinin başçısı vəzifəsinə təyin edilib.

 

İranın Bİrinci vitse-prezidenti İshaq Cahangiri

 

Qeyd edək ki, bir həftədir intensiv yağan yağışlar nəticəsində baş verən daşqın, İranın bir neçə şimali əyalətlərini, o cümlədən də Gülüstan əyalətini sel bürüyüb. Təbii fəlakətin ən böyük ziyanları isə türkmənlərin yaşadığı şəhərlərdə, o cümlədən də Qonbəd Kavus, Ağ qala və Qomişan şəhərlərində qeydə alınıb. Ağ qala şəhərinin üçdə iki hissəsi su altında qalaraq, əhaliyə böyük ziyan dəyib.

 

Təbii fəlakət nəticəsində ən azı iki uşaq suda boğulub, əhalinin, o cümlədən də kəndlilərin çoxlu sayda mal-qarası tələf olub, şəhərdə və ətraf kəndlərdə qida və içməli su qıtlığı yaranıb,  elektrik xətləri sıradan çıxıb.

 

 

 

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN