İranın BMT-dəki nümayəndəsi Səudiyyə rəsmilərinin ölkəsinə qarşı irəli sürdüyü ittihamları təkzib edib

İranın BMT-dəki nümayəndəsi Səudiyyə rəsmilərinin ölkəsinə qarşı irəli sürdüyü ittihamları təkzib edib

GünAzTV: İranın BMT-dəki nümayəndəsui Qulaməli Xoşru noyabrın 7-də qurumun baş katibinə məktub yazaraq Səudiyyə Ərəbistanı rəsmilərinin son günlər ölkəsinə qarşı irəli sürdüyü ittihamlara etiraz bildirib.

 

Öz məktubunda Səudiyyə Ərəbistanı hökumətini “Yəmənə qarşı təcavüzdə” günahlandıran Qulaməli Xoşru bildirib ki, şiə-husilərin noyabrın 4-də Ər-Riyada atdığı raketin İranla heç bir əlaqəsi yoxdur: “Biz Səudiyyə rəsmilərinin Ər-Riyada atılan raketin İran tərəfindən husilərə verilməsi barədəki ittihamlarını təkzib edir, ölkəmizə qarşı irəli sürülən bu kimi iddiaları pisləyirik. Hesab edirik ki, Səudiyyə Ərəbistanı rəsmilərinin həmin raketlə bağlı İrana qarşı səsləndirdiyi dağıdıcı və təhrikçi əsassız ittihamlar BMT qanunlarına zidd addımdır.

 

Aydın məsələdir ki, Səudiyyə Ərəbistanı hökumətinin Ər-Riyada atılan raketlə əlaqədar ölkəmizə qarşı bu kimi iddialar irəli sürməsində məqsəd, dünyanın diqqətini Yəmənə qarşı həyata keçirdiyi cinayət xarakterli təcavüzündən yayındırmaqdır”.

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı ballistik raket, yerə düşməzdən əvvəl Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən səmada məhv edilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının bir sıra yüksək rütbəli rəsmiləri son günlər ayrı-ayrılıqda bəyanatlar səsləndirərək İranı Yəməndəki şiə-husiləri ballistik raketlərlə silahlandırmaqda və Tehranı  Səudiyyə Krallığına qarşı hərbi təcavüzdə günahlandırıblar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN