İranın Brüsseldəki səfirliyi qarşısında edam hökmünə qarşı etiraz aksiyası keçirilib

İranın Brüsseldəki səfirliyi qarşısında edam hökmünə qarşı etiraz aksiyası keçirilib

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı- "Amnesty İnternational" İranın Brüsseldəki səfirliyi qarşısında etiraz aksiyası təşkil edib.


Təşkilatın formasını geyinmiş insan haqları fəalları İranda edam hökmlərinin icrasına etiraz ediblər.


Etirazçılar həmçinin hazırda məhkumluq həyatı yaşayan Nəsrin Sütudə, Atena Daimi və və Nərgiz Məhəmmədinin şəkilləri olan bannerlərləri də qaldıraraq, İran rejimindən onları dərhal azad etməyi tələb ediblər.


Bu etiraz aksiyası 10 oktyabr Edam Cəzası ilə Mübarizə günü çərçivəsində keçirilib.


Qeyd etmək lazımdır ki, dünyanın 142 ölkəsi edam cəzasını ləğv edib. Lakin ötən il Çini nəzərə almadıqda, minimum 253 edam halı qeydə alınmaqla, dünyada icra edilmiş edam hökmlərinin 1/3-i İranın payına düşmüşdü.


Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN