İranın Bürucerd şəhərində daha 1 nəfər edam edilib

İranın Bürucerd şəhərində daha 1 nəfər edam edilib

GünAzTV: İramda qətldə günahlandırılaraq 8 ildən bu yana həbsdə saxlanılan daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən,  müttəhim, Mahmud Turabi aprelin 20-si sübh saatlarında İranın Bürucerd şəhərinin zindanında dar ağacından asılıb. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Son vaxtlar İranda edamların sayının kəskin artması, istər yerli, istərsə də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti, ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN