İranın Buşehr əyalətində 5.1 bal gücündə zəlzələ olub

İranın Buşehr əyalətində 5.1 bal gücündə zəlzələ olub

GünazTV: Dekabrın 27-si yerli vaxtla sübh saat 05:23 radələrində İranın Buşehr əyalətində 5.1 bal gücündə zəlzələ olub.

 

ABŞ-ın Geoloji Mərkəzinin bildirdiyinə görə, zəlzələ Buşehrin şərq hissəsinin 53 kilometrliyində baş verib.

 

İranın Seysmologiya Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ Kəlimənin 8, Əhromum 12 və Xormucun 27 kilometrliyində, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

 

Zəlzələ nəticəsində mümkün dağıntılar və insan tələfatının olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN