İranın daxili işlər naziri isti yay günlərində insanları işıqı kəsəcəyi ilə hədələyib

İranın daxili işlər naziri isti yay günlərində insanları işıqı kəsəcəyi ilə hədələyib

GünAz TV: İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli isti yay günlərində “çox işıq sərf edən” dövlət idarələrində işləyənləri təhdid edib.

 

O bildirib ki, müxtəlif orqanlarda işləyənlər çox işıq sərf etsələr, işıqları kəsiləcək. Rəhmani Fəzli dözülməz istilərə baxmayaraq, insanları soyutma sistemlərindən az istifadə etməyə çağırıb.

 

Qeyd etmək lazımdır ki, İranın müxtəlif bölgələri ilə bağlı hava proqnozlarında tempraturun bu həftənin sonu və gələn həftə həddən artıq yüksək olacağı bildirilir.

 

Belə ki, Xuzistan əyalətində qeyd edilən dövrdə tempratur 49 dərəcə və ondan da artıq olacaq. Buna görə də, idarələrin işıq sərfiyyatı yüksələcək.

 

Bundan başqa, Buşehr, Hörmüzqa, eləcə də Sistan və Bəlucistan vilayətlərində də havanın tempraturu yüksək olacaq. Bu səbəbdən, sadalanan bölgələrdə dövlət qurumlarında iş saatları azaldılıb.

 

Əbdülrza Rəhmani Fəzli əlavə edib ki, öz soyutma sistemlərini 25 dərəcəyə tənzimləməyən bütün idarə və müəssisələrin işıqları günorta saat 1-dən sonra kəsiləcək.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN