İranın daxili işlər naziri sel baş verən bölgələrdə xalqın bəzi rəsmiləri döydüyünü deyib

İranın daxili işlər naziri sel baş verən bölgələrdə xalqın bəzi rəsmiləri döydüyünü deyib

GünAz TV: İranın daxili işlər naziri ölkədə baş verən dağıdıcı seldən sonra xalqın dövlət rəsmilərinin səriştəsizliyinə görə əsəbiləşdiyini bildirib.

 

Əbdülrza Rəhmani Fəzlinin sözlərinə görə, Gümüşanın icra hakimi ona bir gün ərzində 3 dəfə xalq tərəfindən döyüldüyünü deyib.

 

Bundan öncə “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur isə problemlərin çox olduğunu, böhran vəziyyətində idarəetmənin mövcud olmadığını, eləcə də heç bir məmurun Poldoxtərə gedib, əsəbi xalqın qarşısına çıxmağa cəsarətinin çatmadığını demişdi.

 

Qeyd etmək lazımdır ki, İranın bir çox bölgələrində baş vermiş güclü daşqınlar zamanı ölkə rəsmilərinin təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında və xalqa yardımlar çatdırılmasında səriştəsiz fəaliyyəti insanların qəzəbinə səbəb olub. Əhalinin bildirdiyinə əsasən, onlara bu günə qədər dövlət tərəfindən yardım edilməyib və ya edilən yardımlar məmurlar tərəfindən mənimsənilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN