İranın Dəmavənd şəhərində gecə qonaqlığına qatılan daha 135 qız və oğlan tutulub

İranın Dəmavənd şəhərində gecə qonaqlığına qatılan daha 135 qız və oğlan tutulub

GünazTV: İranın Dəmavənd şəhərində gecə qonaqlığına qatılaraq birlikdə şənlik edən daha 135 qız və oğlan tutulub. 

 

Bu barədə, Dəmavənd prokuroru Həsən İbrahimi Besabi dekabrın 12-də jurnalistlərə açıqlama verib.

 

O deyib ki, Dəmavənd şəhərindəki evlərdən birində gənc qız və oğlanların bir yerə toplaşması barədə polis bölməsinə məlumat daxil olan kimi hüquq-mühafizə qüvvələrinin əməkdaşları həmin evə yollanıblar: “Bədənlərinin müxtəlif yerlərinə tatuaj etdirərək gecə şənliyinə qatılan 135 qız və oğlan həbs edilərək polis bölməsinə aparılıb. Evdə yoxlama aparılıb, gənclərin istifadə etdiyi alkoqollu içkilər, narkotik maddələr, eləcə də şeytanpərəstlik simvolları aşkarlanaraq götürülüb.  Tutulan gənclərin əksəriyyəti dindirildikdən sonra müvəqqəti olaraq azadlığa buraxılıb və hazırda onlardan yalnız 7-si həbsdə saxlanılır” –deyə, Dəmavənd prokuroru Həsən İbrahimi Besabi əlavə edib.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2200-dən çox qız və oğlan həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN