İranın dəstəklədiyi “Həşdəş-Şəbi” qruplaşması yenidən PUA hücumuna məruz qalıb

İranın dəstəklədiyi “Həşdəş-Şəbi” qruplaşması yenidən PUA hücumuna məruz qalıb

GünAz TV: İranın hərbi və maddi yardım göstərdiyi “Həşdəş-Şəbi” qruplaşması yenidən pilostsuz uçan aparatların hücumuna məruz qalıb.

 

Yerli media orqanlarının yaydığı məlumata görə, avtustun 25-də yaraqlıların İraqın Ənbar vilayətində yerləşən qərargahına pilotsuz uçan aparatdan hava zərbələri endirilib.

 

“Həşdəş-Şəbi” hücum nəticəsində 1-i komandan olmaqla, 2 nəfərin həlak olduğunu bildirib. Hücuma məruz qalan qərargah Suriya ilə sərhəddən 15 kilometr aralıda yerləşir.

 

Bu, iyulun 19-dan indiyə qədər “Həşdəş-Şəbi” mövqelərinə edilmiş sayca 5-ci hücumdur.

 

Bir müddət öncə İsrailin baş naziri Benyamin Netanyahu üstüörtülü şəkildə hücumların ölkəsinin Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini etiraf etmişdi. O, rəsmi Tehranın İsrailin təhdid etdiyini, buna görə də, heç bir yerdə İranın toxunulmazlığının olmayacağını demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN