İranın dəstəklədiyi husilərin Əbha hava limanına hücumu nəticəsində çoxlu sayda ölən və yaralananlar var

İranın dəstəklədiyi husilərin Əbha hava limanına hücumu nəticəsində çoxlu sayda ölən və yaralananlar var

GünAz TV: İranın dəstəklədiyi husi terrorçuları Səudiyyə Ərəbistanının Əbha hava limanına hücum ediblər.

 

Nəticədə 1 sivil insan ölüb, 21 nəfər yaralanıb. Ərəbistanın yaydığı məlumata əsasən, ölən bu ölkədə yaşayan Suriya vətəndaşıdır. Yaralananların hansı ölkə vətəndaşları olduğu barədə məlumat verilmir.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın dəstəklədiyi husi terrorçularının Ərəbistanın Əbha hava limanı da daxil olmaqla, bir neçə bölgəsinə təşkil etdiyi hücumlar nəticəsində bir neçə sivil vətəndaş ölüb və ya yaralanıb.

 

Rəsmi Riyad hücumun hansı formada həyata keçirildiyi barədə məlumat verməsə də, husilər bunun pilotsuz uçan aparatla baş tutduğu barədə məlumat yayıblar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN