İranın dəstəklədiyi İraqın “Hizbullah” qruplaşmasının rəhbəri öldürülüb

İranın dəstəklədiyi İraqın “Hizbullah” qruplaşmasının rəhbəri öldürülüb

GünAzTV: İranın maddi və hərbi baxımdan dəstəklədiyi İraqın “Hizbullah” yaraqlı qruplaşmasının rəhbəri Basim əl Musəvi silahlı hücumda öldürülüb. Bu barədə İraqın təhlükəsizlik rəsmisi Cümə əl Həmrani, fevralın 9-da jurnalistlərə açıqlamasında məlumat verib.

 

Əl Həmrani bildirib ki, naməlum silahlı şəxslər, fevralın 8-i axşam saatlarında İraqın Bəsrə əyalətinin mərkəzindəki “Əl Həyaniyyə” məntəqəsində Basim əl Musəvinin avtomobilinə odlu silahlardan atəş açıblar. Yaxın məsafədən açılan atəş nəticəsində, İraq “Hizbullah”ının rəhbəri yerindəcə həlak olub, onunla avtomobildə olan bir nəfər ağır yaralanıb. Hücumçuların hadisə yerindən qaçdığını bildirən Cümə əl Həmdani, silahlı şəxslərin kimliyi haqda hər hansı bir məlumat verməyib.

 

Qeyd edək ki, İranın dəstək verdiyi İraqın “Hizbullah” qruplaşması, “Sepah”ın “Qüds” qanadının birbaşa maddi və hərbi yardımı ilə yaradılan Həşdi-Şəəbi yaraqlı koalisiyasına üzv qruplardan biri sayılır.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN