İranın Dezful şəhərində 1100 qaz balonunun partlaması nəticəsində ən azı 16 nəfər bədən xəsarəti alıb

İranın Dezful şəhərində 1100 qaz balonunun partlaması nəticəsində ən azı 16 nəfər bədən xəsarəti alıb

 GünAzTV: İranın Xuzistan əyalətinin Dezful şəhərindəki “Persi Qaz” şirkətində 1100 qaz balonunun partlaması nəticəsində ən azı 16 nəfər bədən xəsarəti aslıb, böyük dağıntılar əmələ gəlib.

 

Hadisə, dekabrın 24-ü axşam saatlarında Dezfulun Həmzə şəhərciyi yaxınlığında baş verib. Dezful Yanğın Söndürən Təşkilatının rəhbəri Əbdülhüseyn Müəzzimfər, olayla bağlı jurnalistlərə açıqlama verərək bildirib ki, partlayışa, “Persi Qaz” şirkətinin bir hissəsində texniki nasazlıq ucbatından baş vermiş yanğın səbəb olub: “Şirkətin yanğın baş verdiyi hissəsində ümumilikdə 2200 maye qaz balonu olub və onlardan 1100-ü yanğın nəticəsində dəhşətli partlayışa səbəb olub.  Şirkətdə və ətraf məhəllələrdə böyük dağıntılara gətirib çıxaran güclü partlayışın səsi, qonşu Əndimeşk, Şuş və Gətvənd şəhərlərində də eşidilib.

 

Partlayış nəticəsində ən azı 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib. Yaralılardan 2-sinin səhhəti çox ağırdır. Hadisə yerinə cəlb edilən xilasedici qüvvələr, hazırda borulardan qaz sızmasının qarşısını almağa çalışırlar. Olayın səbəbləri araşdırılır”.

 

 

 

    

 

 

 

 

 

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN