İranın Əhvaz şəhərində 2 ərəb fəalı həbs edilib

İranın Əhvaz şəhərində 2 ərəb fəalı həbs edilib

GünazTV: İranın Xuzistan əyalətinin Əhvaz şəhərində bir-biri ilə doğma qardaş olan 2 ərəb fəalı, Benyamin Albuqubeyş və Məhəmmədəli Albuqubeyş həbs edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın yerli əməkdaşları 29 yaşlı Benyamin Albuqubeyşi və 26 yaşlı qardaşı Məhəmmədəli Albuqubeyşi ötən həftə Ramazan bayramından əvvəl tutub naməlum istiqamətinə aparmışdılar.

 

Bildirilir ki, qardaşlardan biri (Benyamin) hazırda yerli ETTELAAT idarəsində, digəri (Məhəmmədəli) isə Əhvazın Şeyban zindanında saxlanılır. Hər iki qardaşın konkret nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edilir ki, ərəb qardaşları iki il əvvəl naməlum səbəbə görə anaları Məryəm Zübeydi ilə birlikdə şəxsi mənzillərində həbs edilsələr də, az sonra mülki vəsiqə qoyaraq müvəqqəti olaraq azadlığa buraxılmışdılar.

 

Xatırladaq ki, Ramazan ayında İranın Xuzistan əyalətinin bir neçə şəhərində onlarla sünni məzhəbli ərəb fəalı müxtəlif bəhanələrlə həbs edilib və ya təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN