İranın Əhvaz şəhərində ərəb mədəni fəal Əhməd Dəğağilə həbs edilib

İranın Əhvaz şəhərində ərəb mədəni fəal Əhməd Dəğağilə həbs edilib

GünazTV: İranın yerli ərəbləri yaşıyan Xuzistan əyalətinin Əhvaz şəhərində, ərəb mədəni fəal Əhməd Dəğağilə həbs edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, İranın təhlükəsizlik əməkdaşları, Əhvaz Şəhər İcra Hakimiyyətinin işçisi və “Əl-Hilal” adlı mədəni-incəsənət müəssisəsinin müdiri olan 40 yaşlı Əhməd Dəğağiləni iyunun 2-də iş yerində tutub naməlum istiqamətə aparıblar.

 

Evli və iki uşaq atası olan ərəb fəalının konknret nədə günahlandırıldığı və onun hazırda harada saxlanıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, son aylar Xuzistan əyalətində dinc ərəb fəallarına qarşı həyata keçirilən özbaşına həbslərin sayı xeyli dərəcədə artıb. Həmin müddətdə yüzlərlə ərəb ziyalısı əsasız ittihamlarla həbs edilərək zindanlara salınıb və ya təzyiqlərə məruz qalaraq, təhdid edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN