İranın “Əl-Əhvaz Azadlıq Hərəkatı”nın liderlərindən olan Əhməd Nisi Haaqa şəhərində qətlə yetirilib

İranın “Əl-Əhvaz Azadlıq Hərəkatı”nın liderlərindən olan Əhməd Nisi Haaqa şəhərində qətlə yetirilib

GunAzTV: İranın yerli ərəblər yaşayan Xuzistan əyalətinin və digər bölgələrin müstəqilliyi uğrunda mübarizə aparan “Əl-Əhvaz Azadlıq Hərəkatı”nın liderlərindən olan Əhməd Nisi (Əhməd Mövla Əbu Nahiz) Hollandiyanın Haaqa (Lahə) şəhərində qətlə yetirilib.

 

Hadisə noyabrın 8-i axşam saat 17 radələrində baş verib. Naməlum silahlı şəxslər, ailəsi ilə birlikdə Haaqa şəhərində yaşayan Əhməd Nisiyə qaldığı evin qarşısında səssiz tapançadan bir neçə dəfə atəş açıblar. Başından və sinəsindən 3 güllə yarası alan 54 yaşlı ərəb lideri yerindəcə həlak olub. Hücumçular hadisə yerindən qaçıblar.

 

Olaydan az sonra Əhməd Nisinin ailəsi polisə açıqlamalarında terrorun İranın xəfiyyə orqanlarının əməkdaşları  tərəfindən həyata keçirildiyini bildiriblər. Onlar qeyd ediblər ki, İran hökuməti bundan əvvəl “İnterpol” vasitəsilə müxalif ərəb liderini tutub ölkəyə qaytarmağa çalışsa da, onun bu cəhdi baş tutmamışdı.

 

Bildirilir ki, 2005-ci ildə ailəsi ilə birlikdə Hollandiyaya sığınan Əhməd Nisi bir neçə dəfə İran rejimi tərəfindən təhdid edilmişdi. Hollandiya polisi qatillərin yaxalanması üçün axtarış əməliyyatına başlayıb.

 

Qeyd edək ki, 1997-ci ildə Əhməd Nisi və başqaları tərəfindən yaradılaraq fəaliyyətə başlayan “Əl-Əhvaz Azadlıq Hərəkatı” təşkilatı, İranın yerli ərəblər yaşayan Xizistan (Əl-Əhvaz) əyalətinin, eləcə də Buşehr, Hormozqan və körfəzdəki bəzi adaların müstəqilliyi uğrunda silahlı mübarizə aparır.

 

                                                                Əhməd Nisi (Əhməd Mövla Əbu Nahiz) sağda

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN