İranın Enerji Naziri: “İqtisadi problemləri aradan qaldırmaq üçün gərək xalq gündə 1 dəfə yemək yeməklə kifayətlənsin”- Foto

2019-06-10 13:04

GünAz TV: İranın Enerji Naziri Rza Ərdəkaniyan sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün xalqa yeni “tövsiyələr” verib.

 

O, Çini nümunə gətirərək bildirib ki, “çinlilər gündə bir dəfə yemək yeməklə kifayətlənsə də, biz israfçı xalqıq, çox yeyirik”. Nazir israfçılığın İran xalqının zəif nöqtəsi olduğunu və bunun da qərblilərin sanksiyalar qəbul etməsinə zəmin yaratdığını deyib.

 

“Çinlilər gündə 1 dəfə yemək yeməklə kifayətləndikləri üçün sanksiya tətbiq edənlər onlara qarşı bunu edə bilmirlər. Lakin onlar bilirlər ki, bizim zəif nöqtəmiz israfçılıqdır və buna görə də bizə qarşı sanksiya tətbiq edib, vəziyyətimizi çətinləşdirə bilirlər”- deyə Rza Ərdəkaniyan əlavə edib.

 

Qeyd etmək lazımdır ki, bundan öncə də bir çox iranlı rəsmilər və axundlar İran xalqını “qənaət” etməyə və gün ərzində 1 dəfə yemək yeməyə çağırmışdılar. Hansı ki, onların özləri və övladları buna əməl etmir, əksinə ölkədə və xaricdə dəbdəbəli həyat yaşayırlar.

 

2013-cü ilin fevral ayında o dövrlər Tehranın imam cüməsi, hazırda isə Ekspertlər Məclisinin sədri olan Əhməd Cənnəti demişdi: “Vəziyyət pisləşsə, xalqın gündə 1 dəfə yemək yeməsində nə problem var ki?”

Əhməd Cənnəti

 

2019-cu ilin fevral ayında İranın Kənd Təsərrüfatı Naziri ət qıtlığı ilə bağlı insanların narahatlığına münasibət bildirərkən demişdi ki, “gedin Allaha şükür edin ki, ət az da olsa, var, heç olmaya da bilərdi”.

İranın Kənd Təsərrüfatı Naziri

 

Həmin ərəfədə şiə “mərceyi-təqlid”lərindən və İranda şəkər biznesinin inhisarçısı olan Nasir Məkarim Şirazi xalqa xitabən bildirmişdi ki, “ət yeməsəniz də, heç nə olmaz”.

Məkarim Şirazi

 

Hazırda isə İranın Enerji Naziri xalqı ələ salaraq, “İran xalqının digər xalqlardan daha çox yediyini, daha yaxşı geyindiyini və israfçılıq etdiyini, əvəzində isə xoşbəxt olmadığını” deyib. O, buna görə də insanları “öz təfəkkür tərzlərini” dəyişməyə çağırıb.

 

İran Milli Məclisinin Araşdırmalar Mərkəzinin yaydığı rəsmi statistikalar Rza Ərdəkaniyanın fikirlərinin tam əksini deyir. Belə ki, Mərkəzin 1397-ci il (21 mart-2018- 21 mart 2019-red.) ilə bağlı yaydığı statistikada bildirilir ki, həmin il İran xalqının 40%-dən çoxu kasıblıq xəttindən də aşağı səviyyədə yaşayıb. İranın digər araşdırma mərkəzlərinin dərc etdikləri məlumatlarda isə qeyd edilir ki, son 10 il ərzində 1 ailənin illik olaraq istifadə etdiyi qida və içkilərin orta nisbəti 30%-dən çox azalıb.

 

Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların da 2019-cu ildə İranın iqtisadiyyatı ilə bağlı proqnozları ürəkaçan deyil. Hər iki qurum cari ildə İran iqtisadiyyatının daha da kiçiləcəyini və ağır vəziyyətə düşəcəyini proqnozlaşdırırlar.

 

Ə.A

 

 

 

 

 

 

 

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

2021-07-23

gun az article

Kəlbəcərdə atışma davam edir

2021-07-23

gun az article

Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu

2021-07-23

gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23