İranın Ərak şəhərində daha 4 məhkum dara çəkilib

İranın Ərak şəhərində daha 4 məhkum dara çəkilib

GünazTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər edam edilib. Ölüm hökmü üç gün əvvəl icra edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hər dörd məhkum, 37 yaşlı Həmidrza Hüseynxani, 42 yaşlı Məcid Kazimi, 26 yaşlı Məhəmməd Hemməti və 26 yaşlı Məhəmməd Davudabadi mayın 6-sı sübh saatlarında Ərak şəhərinin zindanında dara çəkiliblər. Məhkumlardan biri (Məcid Kazimi 13 il həbsdə saxlandıqdan sonra edam edilib.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN