İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

İranın Ərdəbil şəhərində daha 1 nəfər dara çəkilib

GunAzTV: İranda cinsi təcavüzdə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameraya köçürülən müttəhim Mədəd Əlizadə, noyabrın 12-si sübh saatlarında İranın Ərdəbil şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN