İranın Ərdəbil şəhərində daha 2 nəfər dara çəkilib

İranın Ərdəbil şəhərində daha 2 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin istehsalı, satışı və qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər edam edilib. 

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd ildən bəri həbsdə saxlanılan hər iki müttəhim (Fərdin Hüseyni və Məsud Valizadə) avqustun 30-u sübh saatlarında İranın Ərdəbil şəhərinin mərkəzi zindanında dara çəkilib. Bildirilir ki, hər iki müttəhimə edamdan bir gün əvvəl öz ailə üzvləri ilə görüşüb onlarla vidalaşmağa icazə verilib.

 

 

Son aylarda İranda edamların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında, qətldə və cinsi təcavüzdə günahlandırılır.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN