İranın Fars və Yəzd əyalətlərində zəlzələ olub. 33 nəfər bədən xəsarəti alıb

İranın Fars və Yəzd əyalətlərində zəlzələ olub. 33 nəfər bədən xəsarəti alıb

GünazTV: İranın Fars və Yəzd əyalətlərində baş verən iki zəlzələdə ən azı 33 nəfər bədən xəsarəti alıb.

 

İranın Seysmologiya Mərkəzinin yaydığı xəbərə əsasən, yanvarın 27-si axşam saat 16:58 radələrində Fars əyalətinin Şiraz şəhərinin 41 kilometrliyində yerləşən Xane Zənyan məntəqəsində 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin dərinliyinin 7 kilometrliyində qeydə alınıb və Şirazın digər məntəqələrində hiss olunub. Zəlzələ nəticəsində ən azı 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir sıra evlərin divarlarında çatlar əmələ gəlib. Yaralılar xəstəxanalara yerləşdirilib.

 

Həmin gün, Şiraz zəlzələsinin ardınca İranın Yəzd əyalətinin Bafq şəhərində də Rixter cədvəli üzrə 4,2 bal gücündə zəılzələ olub. Bafq zəlzələsinin mümkün fəsadları barədə hər hansı bir məlumat yayılmayıb. Hər iki zəlzələ, yerli sakinlərin vahiməsinə səbəb olub və insanların bir çoxu evlərini tərk edərək, gecəni çöldə keçirmək məcburiyyətində qalıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN