İranın Gilan əyalətində baş verən sel və daşqın nəticəsində 1 nəfər ölüb, onlarla insan xəsarət alıb

İranın Gilan əyalətində baş verən sel və daşqın nəticəsində 1 nəfər ölüb, onlarla insan xəsarət alıb

GünAzTV: İranın Gilan əyalətində bir neçə gün yağan intensiv yağışlar nəticəsində baş verən sel və daşqın nəticəsində 1 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, sentyabrın 18-i və 19-da güclü yağan yağışlar nəticəsində Gilanın müxtəlif bölgələrində, o cümlədən də Lahican, Ləngrud və Fumən şəhərlərində baş verən daşqın, yüzlərlə evə ziyan vurub, bir neçə min turisti didərgin salıb. Daşqın nəticəsində elektrik xətləri sıradan çıxıb, şəhər və kəndlərarası nəqliyyat dayandırılıb. Ləngrudda isə dükanını su basan 45 yaşlı bir şəxs, mağazasını açarkən, onu elektrik cərəyanı vurub və o yerindəcə ölüb.

 

Təbii fəlakət nəticəsində əhaliyə çoxlu miqdarda maddi ziyan dəyib. Bölgəyə xilasedicilərin cəlb edildiyi bildirilir.

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN