İranın Gilan əyalətində qar uçğunu nəticisində 7 nəfər ölüb, 78 nəfər yaralanıb

İranın Gilan əyalətində qar uçğunu nəticisində 7 nəfər ölüb, 78 nəfər yaralanıb

GünAzTV: İranın Gilan əyalətinin Rudbar şəhərində qar uçğunu nəticəsində 7 nəfər ölüb, 78 nəfər yaralanıb.

 

Bu barədə, İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi fevralın 11-də jurnalistlərə məlumat verib.

 

O deyib ki, ötən günlərdən başlanan və hələ də davam edən güclü qar əyalət sakinlərinin normal həyatına, nəqliyyat vasitələrinin fəaliyyətinə mane olub: “Hazırda güclü qar və çovğun nəticəsində əyalətin bir çox yerlərində içməli su və elektrik qismən kəsilib, 200 kən isə tamamilə işıqsız qalıb.

 

Əyalətin qar və çovğun nəticəsində ziyan görmüş bölgələrinə xilasedici və xidməti qüvvələr göndərilib. Lakin kəskin külək və çovğunla müşayiət olunan qar yağıntısı hələ də davam edir. Əgər atmosfer şəraiti yazşılaşsa, əhaliyə yardım göstərməsi əməliyyatı da sürətlənəcək. Hazırda isə, əyalətin əksər şəhərlərinə, o cümlədən Rudbara gedən əsas yollar qar yağışının davam etməsinə görə bağlıdır” -deyə,  İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bəyan edib.

 

İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi 

 

Qeyd edək ki, İranın Gilan əyalətində bir neçə gündür yağan güclü qar fəsadlara yol açıb.

 

Gilan Elektrik İdarəsinin yaydığı məlumata əsasən, güclü qar səbəbindən elektrik xətlərində problemlər yaranıb. Nəticədə 1 milyon 462 min abonentdən 250 mindən çoxu işıqsız qalıb.

 

Hazırda Rəşt, Sövməə Sara, Fumən, Ənzəli, Şəft, Rizvanşəhr, Ləngərud, Lahican və Astaneyi-Əşrəfiyyə şəhərlərinin böyük hissəsi qaranlığa qərq olub.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN