İranın Gilan və Mazandaran əyalətlərində baş verən daşqın nəticəsində 9 nəfər həlak olub - FOTOLAR

İranın Gilan və Mazandaran əyalətlərində baş verən daşqın nəticəsində 9 nəfər həlak olub - FOTOLAR

GünAzTV: İranın Gilan və Mazandaran əyalətlərində baş verən daşqın nəticəsində ən azı 9 nəfər həlak olub, bir uşaq itkin düşüb, 2700 nəfər xəsarət alıb.

 

Yayılan məlumatlarda bildirilir ki, üç gün aramsız yağan güclü yağışlar, oktyabrın 6-da sel və daşqına səbəb olub. Daşqın nəticəsində Gilan və Mazandaran əyalətlərinin 20-dən çox şəhərində su və elektrik xətləri sıradan çıxıb, yollar çöküb, bir neçə körpü uçub, bir çox evləri su basıb,  nəqliyyat işində fəsilələr yaranıb.

 

Bölgəyə xilasedicilərin cəlb edildiyi, təbii fəlakətdən ziyan görmüş 2700 nəfərə yardım göstərildiyi bildirilir. Daşqın, hər iki əyalətin ən azı 6 şəhərində ibtidai və orta məktəblərinin müvəqqəti bağlanmasına səbəb olub.  

 

Qeyd edilir ki, daşqından xəsarət alanların əksəriyyəti Rudsər, Çalus, Fumən, Amol, Babol, Babolsər, Behşəhr, Qaimşəhr, Noşəhr, Sari, Rizvanşəhr və daha bir neçə şəhərin sakinləridir.

 

 

 

 

 

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN