İranın Həsən Diabın Baş nazir seçilməsinə göstərdiyi dəstək Livan əhalisinin narazılığına səbəb olub

İranın Həsən Diabın Baş nazir seçilməsinə göstərdiyi dəstək Livan əhalisinin narazılığına səbəb olub

GünAz TV: Hizbullah və onun müttəfiqləri tərəfindən Həsən Diabın Livanın Baş Nazirlik postuna namizədliyinin irəli sürülməsinə İran tərəfindən göstərilən dəstək livanlıların qəzəbinə səbəb olub.

 

İranın "dini lider"i Əli Xamneyinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin Həsən Diabın Baş nazir kimi seçiməsini alqışlaması, etirazçı Livan xalqını isə "xarici qüvvələrin əlaltısı" adlandırması livanlıların rəsmi Tehranın ölkələrinin daxili işlərinə qarışmasına görə hiddətinə səbəb olub.

 

Livanlılar sosial şəbəkələrdə yazdıqları statuslarda İranın ölkələrinə müdaxilələrini və bəzi Livan rəsmilərinin Tehranla yaxın əlaqələrini pisləyiblər.

 

Qeyd etmək lazımdır ki, Livanın Baş naziri seçilmiş Həsən Diab ötən gün yeni kabinet təşkil edilməsi üçün bir sıra görüşlər keçirib. O, 20 nazirdən ibarət olacaq kabinetin 4-6 həftə ərzində formalaşdırılacağını deyib. Diab seçiləndən sonra hələ ki, etirazları təşkil edən xalq hərəkatının başçıları ilə görüş keçirməyib və onların tələblərini dinləməyib. Buna görə də, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, livanlıların yenidən etirazlara başlayacaqları istisna edilmir.

 

Digər tərəfdən, Həsən Diabın adı 1980-cı ilin 3 oktyabrında Parisdə yerləşən sinaqoqda həyata keçirilmiş terror aktının təşkilatçıları sırasında hallanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN