İranın Hormozqan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib

İranın Hormozqan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib

GünazTV: Yanvarın 22-si yerli vaxtla axşam saat 22:53 radələrində İranın cənubunda yerləşən Hormozqan əyalətinin Sərgez məntəqəsində Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

 

İranın Seysmologiya Mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələnin ocağı Sərgez şəhərinin 26 kilometrliyində, yerin 21 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ, ətraf bölgələrdə də hiss olunub.

 

Yayılan məlumatlara əsasən, zəlzələ nəticəsində bəzi evlərin divarlarında çatlar əmələ gəlib. Zəlzələnin ciddi dağıntılara və ya insan tələfatına səbəb olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb. Zəlzələ bölgəsinə xilasedicilərin cəlb edildiyi bildirilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN