İranın İnsan Hüquqları Təşkilatı: “Təkcə ötən ayda İranda 40 məhkum edam edilib”

İranın İnsan Hüquqları Təşkilatı: “Təkcə ötən ayda İranda 40 məhkum edam edilib”

GünazTV: Mərkəzi ofisi Norveçdə olan İranın İnsan Hüquqları Təşkilatı sentyabrın 5-də islam respublikasında edamların sayının getdikcə artması ilə bağlı yeni hesabat yayıb.

 

Hesabatda bildirilir ki, təkcə ötən ayda (avqust ayında) İranda 40 məhkum müxtəlif ittihamlara görə edam edilib: “Dara çəkilən məhkumlardan 30-dan çoxu qəsdən adam öldürmədə, 6-sı narkotik maddələrin qaçaqmalçılığında, 2-si isə Allaha qarşı müharibə aparmaqda günahlandırılıb. Həmçinin məhkumlardan ikisi ictimaiyyət qarşısında dara çəkilib” –deyə hesabatda vurğulanır.

 

Həmçinin təşkilatın bildirdiyinə görə, təkcə son 7 ayda İranın müxtəlif şəhərlərində ümumilikdə 185 nəfər müxtəlif ittihamlarla ölümə məhkum edilərək dar ağacından asılıb. Bu isə ötən il, eyni müddətdə İranda həyata keçirilmiş edamların sayından 12 % çoxdur.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN