İranın İraq Hizbullahına verdiyi silahların saxlandığı anbara hücum- Ölənlər var- FOTO

İranın İraq Hizbullahına verdiyi silahların saxlandığı anbara hücum- Ölənlər var- FOTO

GünAz TV: Avqustun 20-si axşam saatlarında İranın İraq Hizbullahına verdiyi silahların saxlandığı, Səlahəddin vilayətində yerləşən “Biləd” aviabazasına anbara raket atılıb.

 

Yerli media orqanlarının məlumatına görə, hücum nəticəsində İranın dəstəklədiyi İraq Hizbullahı yaraqlılarının bir neçəsi yaralanıb və ölüb. Məlumatlarda qeyd edilir ki, aviabazaya 3 raket atılıb.

 

İran media orqanları isə İraqın təhlükəsizlik qüvvələrinə istinadən məlumat verib ki, aviabaza pilotsuz uçan aparatla vasitəsilə bombalanıb.

 

Partlayışdan foto

 

İraq mülki müdafiə qoşunları hücumdan sonra yaranan güclü alovu bir neçə saat içərisində söndürə biliblər.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İraqın müxtəlif bölgələrində yerləşən İranın dəstəklədiyi şiə yaraqlı qruplaşmalara məxsus bazalar və silah anbarlarına qarşı bir neçə dəfə hücum həyata keçirilib.

 

Bir neçə gün öncə İsrailin baş naziri Benyamin Netanyahu üstüörtülü şəkildə bu hücumların ölkəsinin hərbi hava qüvvələri tərəfindən həyata keçirildiyini dilə gətirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN