İranın İsfahan əyalətində 4,1 bal gücündə zəlzələ olub

İranın İsfahan əyalətində 4,1 bal gücündə zəlzələ olub

GünAzTV: Dekabrın 3-ü yerli vaxtla axşam saat 20:46 radələrində, İranın İsfahan əyalətinin Fereydunşəhr şəhərinin yaxınlığında  Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ, Fereydunşəhrin 25, Əfusun 28, Buin və Miyandəştin isə 37 kilometrliyində, yerin 8 km dərinliyində qeydə alınıb. Zəlzələ, İranın Həmədan şəhərində hiss olunub.

 

Fereydunşəhrin Qızıl Aypara Cəmiyyətinin rəisi Həmidrza Musəvi jurnalistlərə açıqlamasında, zəlzələdə dağıntıların olmadığını bəyan edib.

 

Xatırladaq ki, noyabrın 25-i yerli vaxtla axşam saat 20:07 radələrində, İranın Kirmanşah əyalətində  Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş vermişdi.

 

Güclü zəlzələ, Sərpol Zəhabın 17, Qəsr Şirinin 18, Gilanqərbin isə 33 kilometrliyində, yerin 10 km dərinliyində qeydə alınmışdı. Zəlzələ nəticəsində əyalətin bir çox yerlərində sular kəsilmiş, elektrik xətləri sıradan çıxmış, bir çox evlərdə çatlar və dağıntılar əmələ gəlmişdi.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN