İranın İsfahan şəhərində daha 1 məhkum dara çəkilib

İranın İsfahan şəhərində daha 1 məhkum dara çəkilib

GünazTV: İranda oğurluqda və qətldə günahlandırılaraq ölümə və şallaq zərbələrinə məhkum edilən daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəl qardaşının yardımı ilə oğurluq edərkən qətl törədən və adı mediaya açıqlanmayan gənc məhkum, sentyabrın 26-sı sübh saatlarında İsfahan şəhərinin zindanında dara çəkilib. Məhkuma edam edilməzdən əvvəl, məhkəmənin təyin etdiyi həddə şallaq zərbələri də vurulub. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN