İranın İsfahan və Kərəc şəhərlərində daha 2 nəfər dara çəkilib

İranın İsfahan və Kərəc şəhərlərində daha 2 nəfər dara çəkilib

GünAzTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddə qaçaqmalçılığında və onun satışında günahlandırılan Kirmanşah şəhər sakini Kiyumərs Nəsuhi aprelin 30-u sübh saatlarında İsfahan şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmin gün, Kərəcin Rəcayişəhr həbsxanasında cinsi təcavüzdə günahlandırılan daha bir məhbus (35 yaşlı İman Hüseyni Müqəddəm) edam edilib. “Saxta poçtalyon” ləqəbi ilə mediaya təqdim edilən həmin şəxs, məktubları ünvanına çatdırmaq bəhanəsi ilə 40 evdar qadını zorlamaqda günahlandırılsa da, o, edamından əvvəl verdiyi ifadələrin hamısında ona qarşı irəli sürülən ittihamları rədd etmişdi.

 

                                        Dara çəkilən müttəhim İman Hüseyni Müqəddəm

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN