İranın Kamyaran şəhərində yaraqlı kürdlərlə qarşıdurmada 1 “Sepah”çı öldürülüb

İranın Kamyaran şəhərində yaraqlı kürdlərlə qarşıdurmada 1 “Sepah”çı öldürülüb

GünazTV: İranın Kürdüstan əyalətinin Kamyaran şəhərində yerli yaraqlı kürdlərlə baş verən silahlı qarşıdurmada 1 “Sepah”çı öldürülüb, bir neçəsi yaralanıb.

 

Hadisə, aprelin 24-ü günorta saatlarında Kamyaranın Şahu məntəqəsində baş verib. Bölgədə reyd keçirən “Sepah”çılarla yaraqlı kürdlər arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində  “Sepah” qüvvələrindən olan Nasir Durudi aldığı güllə yarasından yerindəcə keçinib, bir neçəsi isə yaralanaraq xəstəxanaya çatdırılıb.

 

Yaraqlı kürdlərin hansı müxalif kürd təşkilatına bağlı olması və onların qarşıdurmada mümkün itkiləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN