İranın Kaşan şəhərində daha 2 məhkum edam edilib

İranın Kaşan şəhərində daha 2 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırıldıqlarına görə barələrində ölüm hökmü çıxarılmış daha 2 məhkum edam edilib. Edam edilənlərdən biri Əfqanıstan vətəndaşıdır.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, adları mediaya açıqlanmayan hər 2 məhkum, dekabrın 9-u sübh saatlarında Kaşanın mərkəzi zindanında dara çəkilib. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN