İranın Kazerun şəhərində daha 1 nəfər dara çəkilib

İranın Kazerun şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda adam oğurluğunda və cinsi təcavüzdə günahlandırılan daha 1 nəfər edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, iki il əvvəl 2 yeniyetmə uşağı aldadaraq oğurlayan və onları zorlayan 31 yaşlı müttəhim, yanvarın 10-u sübh saatlarında İranın Fars əyalətinin Kazerun şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Adı mediaya açıqlanmayan həmin şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN