İranın Kazerun şəhərində əyalətdə yeni ərazi bölgüsü aparılmasına qarşı kütləvi etirazlar davam edir - VİDEOLAR

İranın Kazerun şəhərində əyalətdə yeni ərazi bölgüsü aparılmasına qarşı kütləvi etirazlar davam edir - VİDEOLAR

GünAzTV: İran Fars əyalətinin Kazerun şəhərində, bölgədə yeni ərazi bölgüsü aparılmasına qarşı dörd gün əvvəldən (aprelin 16-dan) başlanmış kütəvi etirazlar davam edir.

 

Yayılan məlumatlara əsasən, aprelin 19-da minlərlə Kazerun halisi küçələrə çıxaraq bu şəhərin ikiyə bölünməsinə və əyalətdə yeni ərazi bölgüsü aparılmasına etiraz bildiriblər. Bildirilir ki, “Biz kazerunlu kişi və qadınlar savaşa hazırıq və parçalanmağa qarşı vuruşacağıq” şüarı səsləndirən aksiyaçılar, Kazerunun tabeliyində olan “Çinar Şahican”, “Kuhmərə”, “Bişapur”, “”Dəşti Bərm” və İmamzadə Seyid Hüseyn bölgələrinin bu şəhərdən ayrılmasına və əyalətdə ayrıca yeni bir şəhər salınmasına etiraz bildiriblər. Axşam saatlarına qədər davam edən etirazlarda tutulanların olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd olunur ki, Kazerun əhalisinin kütəvi etirazlarını yatırtmaq üçün şəhərə ətraf bölgələrdən əlavə polis qüvvələri cəlib edilib. Hazırda Kazerunun əsas küçə və meydanlarının hüquq-mühafizə qüvvələri tərəfindən nəzarətə götürüldüyü bildirilir.

 

VİDEOLAR:

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN