İranın Kelardəşt şəhərində gecə qonaqlığına qatılan daha 15 qız və oğlan həbs edilib

İranın Kelardəşt şəhərində gecə qonaqlığına qatılan daha 15 qız və oğlan həbs edilib

GünazTV: İranın Mazandaran əyalətinin Kelardəşt şəhəri yaxınlığındakı bir kənd evində  gecə qonaqlığına qatılan daha 15 qız və oğlan tutulub.

 

Bu barədə, Mazandaran əyalətinin hüquq-mühafizə qüvvələri mayın 28-də jurnalistlərə açıqlamalarında məlumat verib.

 

Məlumatda bildirilir ki, Kelardəşt yaxınlığında yerləşən bir kənd evində qız və oğlanların bir yerə toplaşaraq şənlik etməsi barədə hüquq-mühafizə qüvvələrinə məlumat daxil olan kimi, polis əməkdaşları həmin evə yollanıb və içkili vəziyyətdə olan, birlikdə rəqs edib əylənən 5 qızı və 10 oğlanı tutaraq, polis bölməsinə aparıblar. Tutulanların hazırda Kelardəşt zindanında saxlanıldığı, barələrində cinayət işi açıldığı bildirilir. 

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlər və bölgələrində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1800-ə yaxın qız və oğlan həbs edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN