İranın Kərəc şəhərində biri qadın olmaqla daha 2 məhkum edam edilib

İranın Kərəc şəhərində biri qadın olmaqla daha 2 məhkum edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 2 nəfər edam edilib. Edamlar beş gün əvvəl həyata keçirilsə də, bu barədə xəbər yenicə yayılıb.

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, məhkumlardan biri (İşrət Nəzəri) 8 il əvvəl aildaxili ixtilaflara görə ərini qətlə yetirməkdə günahlandırılıb. Həmçinin iki uşaq atası olan 50 yaşlı digər məhkumun (Mehdi Zareyi) hansı səbəbə görə qətl törətdiyi açıqlanmayıb. Ölüm hökmünün icrasına hazırlaşmaq üçün bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülən hər iki məhkum, dekabrın 18-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 


 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN