İranın Kərəc şəhərində daha 1 nəfər edam edilib

İranın Kərəc şəhərində daha 1 nəfər edam edilib

 GünAzTV: İranda adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib. Bu barədə İrandakı hüquq müdafiəçiləri dekabrın 24-də məlumat yayıb.

 

Bildirilir ki, 20 il əvvəl üç qadının və iki kişinin qətlində günahlandırılan müttəhim Qədir Şeyxcu, bu günlərdə İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib. Həmin şəxsin edam edildiyi gün mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətdə, həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN