İranın Kərəc şəhərində daha 2 nəfər edam edilib

İranın Kərəc şəhərində daha 2 nəfər edam edilib

GünAzTV: İranın Kərəc şəhərində cinsi təcavüzdə və zorakılıqda günahlandırılaraq ölümə məhkum edilən daha 2 nəfər edam edilib.

 

Müttəhimlərdən biri, 30 yaşlı Sina, bir bir neçə il əvvəl bir qadını küçədə oğurlayaraq zorla avtomobilinə mindirməkdə,  onu evinə aparıb zorlamaqda günahlandırılıb.  

 

Adı və soyadı mediaya açıqlanmayan 33 yaşlı digər müttəhim, 5 il əvvəl Kərəcin Məhəmmədşəhr məntəqəsində narkotik maddə qəbul etdikdən sonra bir qadının mənzilinə daxil olub onu zorlamaqda və təhqir etməkdə təqsirli bilinib.  

 

Hər iki müttəhim, yanvarın 17-si sünh saatlarında İranın Kərəc şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən, həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN