İranın Kərəc şəhərində daha 4 məhkum dara çəkilib

İranın Kərəc şəhərində daha 4 məhkum dara çəkilib

GünazTV: İranda qətldə günahlandırılan daha 4 məhkum edam edilib. Edam edilənlərdən 2-si qadındır.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan və bir neçə gün əvvəl edama hazırlıq üçün təkadamlıq kameralara köçürülən məhkumlar Məhəmməd Xudapərəst, Əlirza Gülməhəmmədi və adları mediaya açıqlanmayan daha 2 qadın məhkum, dekabrın 4-ü sübh saatlarında həbsxananın həyətində dara çəkilib.

 

Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN