İranın Kərəc şəhərində daha 8 məhkum dara çəkilib

İranın Kərəc şəhərində daha 8 məhkum dara çəkilib

GünazTV: İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 8 nəfər edam edilib. Məhkumlardan 6-sı qətldə, bir-biri ilə əmioğlu olan 2-si isə narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilinib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barələrində çıxarılan ölüm hökmünün icrasına hazırlıq üçün bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülən məhkumlar (Əlirza Behrad, Mənuçehr Dehqani, İbrahim Yarmut Oğlu, Əhməd Qara Balayi, Siyavəş İnanlu, Rza Musəvi Borqani, Mahmud Mirzayi və adı açıqlanmayan əmisi oğlu) avqustun 28-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkiliblər.

 

Edam edilən şəxslərin məhkəmə prosesləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN