İranın Kərəc, Urmiya, Sənəndəc, Brucerd və Bəndər Abbas şəhərlərində daha 5 məhkum edam edilib

İranın Kərəc, Urmiya, Sənəndəc, Brucerd və Bəndər Abbas şəhərlərində daha 5 məhkum edam edilib

GünazTV: İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 5 nəfər edam edilib. Edamlar Kərəc, Urmiya, Sənəndəc, Brucerd və Bəndər Abbasşəhərlərində həyata keçirilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, qətldə günahlandırılan məhkumlardan biri (Məhəmmədrza Xəlilzadə) dekabrın 18-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib. Bundan əvvəl quldurluqda və adam oğurluğunda günahlandırılaraq uzunmüddətli məhkumluq həyatı yaşıyan digər məhkum, bu ilin iyun ayında naməlum səbəbə görə onunla eyni korpusda saxlanılan Əlirza Şirməhəmmədəli adlı siyasi məhbusu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinib.

 

Həmçinin üç il əvvəl əsgərlik xidmətində olduğu vaxt qətl ittihamı ilə tutulan daha 1 məhkum (Mehdi Sucudi) həmin gün Urmiya həbsxanasında dar ağacından asılıb. O, onunla eyni hərbi bölmədə xidmət edən digər bir əsgərin qətlində günahlandırılıb.

 

Həmin gün qətl ittihamı ilə daha 1 məhkum (Fərzad Seyf Pənahi) Sənəndəc həbsxanasında edam edilib. O, beş il əvvəl naməlum səbəbə görə baş verən bir davada qətl törətməkdə təqsirli bilinib.

 

Dekabrın 25-də qətl ittihamı ilə daha 1 məhkum (Davud Şəms) Bəndər Abbas zindnında dara çəkilib. O, dörd il əvvəl maliyyə ixtilaflarına görə baş verən davada qətl törətməkdə günahlandırılıb.

 

Həmçinin narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq edama məhkum edilmiş daha 1 məhkum (Ərsəlan Yarivənd) dekabrın 9-da Brucerd şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN